
Ermənistan tərəfi sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhəddində baş verən qarşıdurma zamanı əsir düşən hərbçilərinin sayını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, erməni hüquq müdafiəçisi Siranuş Saakyan “Qraparak” qəzetinə açıqlamasında onların sayının 20-ə yaxın olduğunu bildirib.
Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Eqişe Kirakosyan isə bildirib ki, Azərbaycana qarşı fövqəladə tədbirlərin tətbiqi ilə bağlı petisiya hazırlanıb və Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.
Gununsesi.info