
Bakı Bulvarında 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ucqar rayon və kəndlərdən olan şəhid övladları üçün gəzinti təşkil olunub.
Qurumun mətbuat xidmətinin məlumatına görə, ölkənin müxtəlif bölgələrindən paytaxtda gətirilən 55 şəhid övladı əvvəlcə Bakı bulvarının 115 illiyinə həsr olunan sərgi ilə tanış olub. Daha sonra bulvar gəzintisinə çıxan uşaqlar oradakı atraksyonlarda əylənib və müxtəlif oyunlar oynayıb.
Gununsesi.info