Şəhid övladları ikinci oldu - FOTO

Azərbaycanda keçirilən “Teknofest” yarışmasında şəhid övladlarından ibarət “Zəfər” komandası A kateqoriyası üzrə Robotika müsabiqəsi üzrə yarışlarda 2-ci yeri qazanıblar.

Gununsesi.info xəbər verir ki, komanda 6 ay ərzində Azərbaycan Texniki Universitetinin müəllimləri tərəfindən təlimlərə cəlb olunmuş və “Ağıllı suvarma sistemi” adlı layihə ilə uğur qazanmışlar.

Komanda “ Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini təmsil edir.

Gununsesi.info