Haluk Bilginerin rəqsi gündəm oldu

  • By ilhame
  • 10 Noyabr 2023 19:32

Türkiyənin məşhur serialı “Şahsiyet”in qala gecəsində türkiyəli aktyor Haluk Bilginerin rəqsi sosial mediada gündəm olub.

Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, serialda “Agah Beyoğlu” obrazını canlandıran 69 yaşlı aktyor premyeradan sonrakı şənlikdə “Senden daha güzel” mahnısına oynayaraq xeyli əylənib.

Bilginerin rəqsi sosial medianın trend mövzusuna çevrilib və izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Şahsiyet” 5 illik fasilədən sonra yenidən ekranlara dönür. Serialın 2-ci mövsümü noyabrın 13-dən etibarən “Gain” platformasında yayımlanacaq.

Gununsesi.info