Səfərbərlikdən sonra Rusiyanı tərk edənlərin YENİ SAYI

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlikdən sonrakı iki həftə ərzində müxtəlif məlumatlara görə 1 milyona qədər insan Rusiyanı tərk edib.

Gununsesi.info xəbər verir ki, bu barədə rusdilli “Forbes” nəsri etibarlı mənbələrə əsaslanaraq məlumat yayıb.

Nəşrin mənbəyinin mlumatına görə, səfərbərlik başlayandan bəri Rusiyanı təxminən 1 milyon insan tərk etsə də, hələlik neçə faizinin ölkəni turizm məqsədilə tərk etdiyi məlum deyil.

Məlumata əsasən, Rusiya vətəndaşlarının çoxuı Gürcüstan, Qazaxıstan və Finlandiyaya üz tutub.

Gununsesi.info