
Son bir ildə Antalyada daimi yaşayan əcnəbilərin sayı 40 min nəfər azalıb.
Daşınmaz əmlakın kirayəsi və alış qiymətlərinin artması ilə əlaqədar ruslar Türkiyənin Antalya şəhərini kütləvi şəkildə tərk etməyə başlayıb.
Gununsesi.info əbər verir ki, bu barədə “Lenta.ru” yazıb.
2023-cü ilin yanvarında ölkə hakimiyyəti əcnəbilərin turistlərin yaşamaq icazəsi üçün müraciətləri üzərində yoxlamaları gücləndirib. Bu, rusların və digər əcnəbilərin bölgəni qismən tərk etməsinə səbəb olub.
Ümumilikdə, 2024-cü ilin yanvarına qədər yaşamaq icazəsi olan 54 mindən çox rus Türkiyəni tərk edib.
Gununsesi.info