Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

HTML tutorial

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 203 880 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 785 tank, 7 407 zirehli maşın, 3 278 artilleriya sistemi, 565 reaktiv yaylım atəşi sistemi, 327 hava hücumundan müdafiə sistemi, 309 təyyarə, 294 helikopter, 2 830 PUA, 1011 qanadlı raket, 18 gəmi/qayıq, 6 129 avtomobil texnikası və avtosistern, 427 xüsusi texnikadan ibarətdir.