Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

HTML tutorial

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 180 050 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 646 tank, 7 043 zirehli maşın, 2 770 artilleriya sistemi, 535 reaktiv yaylım atəşi sistemi, 282 hava hücumundan müdafiə sistemi, 307 təyyarə, 293 helikopter, 2 334 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 630 avtomobil texnikası və avtosistern, 319 xüsusi texnikadan ibarətdir.