Rusiyanın AES-ləri raketlə vurulsun – Qrızko

Moskva davamlı olaraq infrastrukturu zərbələrlə hədələyir. Ukrayna da öz növbəsində raketlərinin Rusiya paytaxtına çata bilməyəcəyini nəzərə alaraq, eyni üsullardan istifadə etməlidir.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko deyib.

“Ukrayna raketlərinin çata biləcəyi və Rusiya Federasiyasının çox ciddi infrastruktur obyektlərini əhatə edə biləcək şəhərlərə yetişmək mümkündür”, – Oqrızko bildirib.

O, bunun hətta atom elektrik stansiyalarına da aid olduğunu bildirib.

Gununsesi.info