HƏMAS-dan Mərakeşə İsraillə bağlı çağırış: DƏRHAL ÇIX....

  • By admin
  • 28 Noyabr 2021 11:54

HƏMAS Mərakeşi İsraillə bu yaxınlarda imzaladığı hərbi və təhlükəsizlik müqavilələrindən dərhal çıxmağa və bu ölkə əlaqələrini kəsməyə çağırıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə HƏMAS-ın yaydığı bəyanatda qeyd olunub.

“Xüsusilə sionist düşmənlə imzaladığı hərbi və təhlükəsizlik müqavilələrinin heç bir əsası ola bilməz. Atılan addım geriləmədən başqa bir şey deyil. Bu, Fələstin xalqının qanını daha çox tökməkdən başqa heç nəyə gətirib çıxarmayacaq”, – bəyanatda yazılıb.

Bəyanatda Mərakeşin İsraillə bağladığı razılaşmalardan dərhal geri dönməsi, ərəb və islam dünyası xalqlarının, xüsusilə də qardaş Mərakeş xalqının istəklərinə cavab verməsi çağırışı edilib.

Qeyd olunub ki, Mərakeşin İsrail müdafiə naziri Benni Qantzı qarşılaması Fələstin xalqına və onların mübarizəsinə qarşı böyük səhvdir .

Xatırladaq ki, İsrailin müdafiə naziri Benni Qanz keçən il iki ölkə arasında imzalanan “münasibətlərin normallaşdırılması” razılaşmasının ardından ilk dəfə noyabrın 23-də iki günlük səfər üçün Mərakeşə getmişdi.

Gununsesi.info