
Rusiyanın əsas səyləri Mariupolun ələ keçirilməsinə və İzyum şəhəri ərazisinə hücuma yönəlib. Həmçinin, Rusiya Donetsk və Luqansk vilayətlərinin ərazilərinə tam nəzarət etmək cəhdlərindən əl çəkmir.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Qeyd olunur ki, Rusiyanın nəqliyyat infrastrukturu obyektlərində təxribat həyata keçirmək üçün təxribat-kəşfiyyat qruplarını cəlb etməsi ehtimalı yüksək olaraq qalır.
Eyni zamanda, işğalçılar bütün Ukrayna ərazisində mülki hədəflərə raket zərbələri endirməkdə davam edirlər.
Gununsesi.info