Rusiyadan etiraz doğuracaq həmlə

Rusiya Müdafiə Nazirliyi Strateji Raket Qüvvələrinin bu il 7 qitələrarası ballistik raket buraxmağı planlaşdırdığını bildirib.

Gununsesi.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Rusiya Strateji Raket Qüvvələrinin fəaliyyəti ilə bağlı verdiyi açıqlamada, rus ordusunun raket sistemlərinin uçuşu və idarəetmə təlimləri çərçivəsində son 5 ildə 20-dən çox qitələrarası ballistik raketin buraxıldığı bildirilib.

Açıqlamada qeyd edilir ki, “Strateji Raket Qüvvələri 2024-cü ildə 7 qitələrarası ballistik raket atmağı planlaşdırır”.

Rusiya Strateji Raket Qüvvələri daim döyüşə hazır olan Rusiya ordusunun strateji nüvə qüvvələrinin əsas komponenti kimi tanınır.

Gununsesi.info