
Rusiya Xarici İşlər Nazirliyi Kremlin ABŞ-ın yeni sanksiyalarına veriləcək cavabını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, sanksiyalar amerikalı rəsmilərlə yanaşı, ABŞ diplomatik missiyasına qarşı tədbirləri də ehtiva edir.
Tədbirlər aşağıdakı kimidir:
ABŞ-ın sanksiyalarından sonra Moskva hər iki ölkənin səfirlərinin də mövcud vəziyyət qarşısında rəhbərlikləri ilə məsləhətləşmələrinin lazımiliyini əsas gətirərək, ABŞ-ın Rusiyadakı səfiri Con Sullivanın Vaşinqtona qayıtmasını tövsiyə edib.
10 amerikalı diplomat ölkədən deportasiya ediləcək.
Rusiya iki ölkənin diplomatlarının olduqları şəhərlərin xaricinə çıxmalarına icazə verən müqavilədən çəkiləcək.
Rusiya ABŞ diplomatik təsislərinin rusları və üçüncü ölkə vətəndaşlarını işə götürməsini yasaqlayacaq. Rusiya XİN də amerikalı diplomatlara verdiyi qısamüddətli viza sayını azaldacaq.
“Rusiyaya qarşı münasibətin formalaşdırılması və tətbiqi”ndə günahlandırılan mövcud və keçmiş ABŞ administrasiyalarının səkkiz üzvünün ölkəyə girişi qadağan edilib.
Rusiyanın daxili işlərinə qarşımaqda günahlandırılan və Rusiyada fəaliyyət göstərən ameriakalı vəqflərin və dərnəklərin ölkə içindəki fəaliyyətləri yasaqlanacaq.
Rusiya XİN-in yayımladığı “qara siyahı”da yer alan şəxslər bunlardır:
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkas
Baş prokuror Merrik Qarland
Milli Kəşfiyyat İdarəsinin direktoru Maykl Karbacal
ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Vuls
ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns
Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey
ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi, ABŞ prezidentinin daxili siyasət üzrə müşaviri Suzan Rays.
Gununsesi.info