Daha 5 PKK terrorçusu təslim oldu

Jandarm Baş Komandanlığı və Baş Polis İdarəsi tərəfindən aparılan uğurlu inandırma əməliyyatları nəticəsində PKK-dan qaçan 5 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Müəyyən edilib ki, PKK-nın dekriminallaşmış üzvləri 1999-cu ildən 2016-cı ilədək terror təşkilatında üzv olublar və İraq və Suriyada fəaliyyət göstəriblər.

Beləliklə, 2021-ci ildə təslim olan terrorçuların sayı 151-ə yüksəlib.

Gununsesi.info