
Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 8 702 nəfər artıb.
Gununsesi.info TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Koronavirusla Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.
Son 24 saatda 337 pasiyent vəfat edib, 7 230 nəfər sağalıb.
Ümumilikdə Rusiyada 4 641 390 nəfərdə koronavirus aşkarlanıb, 102 986 nəfər dünyasını dəyişib, 4 265 509 nəfər sağalıb. 272 895 pasiyent müalicə olunur.
Gununsesi.info