6. Musiqisiz qalmayın

Sübutlar da göstərir ki, musiqi beyinə unikal bir formada təkan verir.

Musiqi dinləyən və ya ifa edən birinin beyninə baxsanız, bütün orqanın aktiv olduğunu görərsiniz.

Musiqi ümumi zəkanı artıra bilər və demensiya kimi xəstəliklər zamanı ən son itən adətən musiqi yaddaşı olur.

İpucu: Xora qoşulun, yaxud sevdiyiniz ifaçının konsertinə tamaşa edin.

7. İmtahana yatağınızda hazırlaşın

Gün ərzində yeni bir şey öyrəndiyiniz zaman beyninizdə bir sinir hüceyrəsi ilə digəri arasında əlaqə yaranır.

Yatarkən həmin əlaqə daha da güclənir və öyrəndiyiniz şey yaddaşa çevrilir.

Buna görə də yuxu yaddaşın yaranması üçün mühüm vasitədir.

Əgər kiməsə yatmamışdan qabaq yadda saxlaması üçün bir siyahı versəniz, həmin şəxs növbəti səhər siyahını daha yaxşı yadda saxlamış olacaq.

Səhər siyahı verib, axşam sual etsəniz isə vəziyyət fərqli olacaq.

İpucu: İmtahana hazırlaşan dövrdə cavabları yuxuya dalarkən təkrarlamağa çalışın.

Əgər travmatik bir hadisə və ya pis xatirəniz varsa, çalışın ki, yatan zaman yadınıza salmayasınız. Əks halda həmin yaddaş daha da güclənəcək və neqativ emosiyalar artacaq.

Məhz bu səbəbdən də yatmamışdan qabaq qorxu filmləri və ya qorxulu hekayələrdən yayının!

Əksinə, gün ərzində öyrəndiyiniz və ya başınıza gələn pozitiv şeyləri yada salın və onları gücləndirin.

8. Səhər yaxşı oyanın

Hamımız yuxunun əhəmiyyətini bilirik: beş saatdan az yuxu insanı keyləşdirdiyi kimi, 10 saatdan artıq yuxu da jet-lag təsiri yaradır.

Amma gün ərzində enerji dolu qalmaq üçün mühüm faktor yuxudan necə durmağımızdır.

Qaranlıq otaqda yatıb, tədricən artan işıqda ayılmaq ən ideal vasitədir.

Belə ki, işıq bağlı göz qapaqlarına sirayət etdikcə beyini hazırlayır və bizdə oyanma kortizol reaksiyasını artırır.

Oyanan zaman bədəndəki kortizol hormonun sayı beyinin gün ərzində fəaliyyətinə təsir göstərir.

İpucu: Günəşin doğmasını tədricən əks etdirmə funksiyasına malik saat alın. Lakin bərk yatanlar üçün bu saatın ənənəvi zəng səsi olması lazım gələ bilər.