“Rusiyada insanlar mənəvi tənəzzülə uğrayıb, onların işi-gücü fürer Putini vəsf etməkdir…”

  • By admin
  • 04 Aprel 2022 18:33
Litvalı siyasətçi, sənətşünas, Litva seyminin sabiq rəhbəri Vitautas Landsberqis rusiyalıların dəhşətli dərəcədə mənəvi tənəzzülə uğradığını deyib.
Gununsesi.info xəbər verir ki, bu fikirləri o, “QORDON” internet- nəşirinin sahibi Dmitri Qordona müsahibəsində söyləyib.
“Rusiyanın hansı variantları var?” sualına cavabında Landsberqis belə deyib:
“Rusiya üçün ən yaxşı variant Rusiyanı, ola bilsin, qismən xilas etmək olardı, amma onu bugünkü vəziyyətində xilas etmək mümkündürmü…Burada hər şey var: mənəviyyat, demoqrafiya, dövlətin düşdüyü vəziyyət. Və insanların tənəzzülə uğraması. Özü də söhbət dəhşətli dərəcədə mənəvi tənəzzülə uğramasından gedir. Onlar fürer Putini vəsf etmək üçün hər şeyə tüpürüblər”.
Siyasətçinin sözlərinə görə, belə hal artıq Almaniyada Adolf Hitlerlə bağlı baş verib.
“Çox oxşar olaylardır. Buna cəmiyyət demək olmaz. Bunlar passiv vəziyyətdə qırğınla, izqoyların vəziyyətilə barışanlardır “, – Landsberqis qeyd edib.
Siyasətçi əlavə edib ki, perspektivdə Rusiya Federasiyasını uzunmüddətli fəlakət və Çin tərəfindən udulması gözləyir.
Xatırladaq ki, Vitautas Landsberqis 1932- ci ildə Kaunasda doğulub. Vilnüsdə konservatoriyada təhsil alıb. Musiqi məktəbində, Vilnüs pedaqoji universitetində və Vilnüs konservatoriyasında dərs deyib. Doktorluq dissertasiyasını müdafiə edib.
Landsberqis 30- dan artıq kitab nəşr edib, siyasi memuarlar, şeirlər yazıb.
1988- ci ildə Litvanın yenidənqurma uğrunda “Sayudis” hərəkatının təşəbbüs qrupunun üzvü, sonradan onun lideri olub.
1989- cu ildə SSRİ- nin xalq deputatı seçilib. 1990- cu ilin martın 11- də onun iştirakı ilə Litva SSR Ali Soveti Litvanın müstəqilliyi barədə Bəyannamə qəbul edib. Elə həmin gün o, Litva Ali Sovetinin sədri seçilib və1992- ci ilədək bu vəzifədə çalışıb.
1996- 2000- ci illərdə Litva Seyminin sədri olub.
2003- 2014- cü illərdə Avropa Parlamentinin üzvü olub.
Gununsesi.info