Rusiyada helikopter qəzası oldu: Ekipaj həlak oldu

  • By Günel
  • 18 Mart 2025 21:37

Rusiyada Mi-28 helikopteri qəzaya uğrayıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, hadisə Leninqrad vilayətində baş verib. Qəzada ekipaj həlak olub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə yerinə axtarış-xilasetmə qrupu gəlib.

“2025-ci il martın 18-də Leninqrad vilayəti üzərində hava məkanında planlaşdırılmış təlim-məşq uçuşunu yerinə yetirərkən Mi-28 helikopteri qəzaya uğrayıb. Təyyarə yaşayış məntəqələrindən uzaqda, boş əraziyə düşüb. Ekipaj həlak olub”, – Müdafiə Nazirliyindən bildiriblər.

Gununsesi.info