“Hərbi-texniki əməkdaşlıq Moskva ilə Bakı arasında strateji tərəfdaşlığın ən vacib sahələrindəndir”.
Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat komfransı zamanı deyib.
Nazir qeyd edib ki, hərbi-texniki əməkdaşlıq beynəlxalq qanunvericiliyə uyğun inkişf edir.
Öz növbəsində E.Məmmədyarov bildirib ki, bu sahədə əməkdaşlıq hər zaman gündəlikdə olub.
“Müəyyən fikirlər var. Razılaşma olan kimi, KİV-ə məlumat verəcəyik”.
COMMENTS