
Rusiya tərəfi İstanbulda keçirilən Ukrayna ilə danışıqlarda ilk mühüm nəticənin əldə ediləcəyinə ümid edir.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a danışıqlarla tanış olan Rusiya mənbəsi bildirib.
“Biz ilk mərhələyə, əlamətdar nəticəyə ümid edirik”, – agentliyin həmsöhbəti bildirib.
Mənbə qeyd edib ki, İstanbulda “yekun nəticə” əldə olunmasa, Rusiya-Ukrayna danışıqları videoformat vasitəsilə davam edə bilər: “Lakin Moskva sürətlə irəliləyişə ümid edir”.
Rusiya-Ukrayna danışıqlarının növbəti raundu bu gün İstanbuldakı Dolmabaxça sarayında keçirilir. İkitərəfli müzakirələrdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşüb və çıxış edib.
Gununsesi.info