
Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ ərazisində səhra hospitalı açıb.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə kontingentin tibb dəstəsinin rəisi Yaroslav İvanov danışıb.
“İlk növbədə sülhməramlı kontingenti təmin edəcəyik. Dinc əhaliyə də yardım etməyə hazırıq. Hospitalda 40-a qədər xəstə yerləşə bilər”, – İvanov bildirib.
Gununsesi.info