
Rusiyadan Xankəndi şəhərinə 60 hərbi həkim göndərilib.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Şərq Hərbi Dairəsinin xüsusi tibb hissəsinin ilk bölmələri yerli əhaliyə yardım göstərmək üçün Xankəndiyə gəlib”, – məlumatda qeyd olunub.
Həkim heyətinin tərkibinə cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevt və epidemioloqlar daxildir.
Gununsesi.info