
Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır.
Gununsesi.info UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Viktor Andrusiv deyib.
Andrusiv qeyd edib ki, birinci mərhələ Ukraynanı “bir neçə günə ələ keçirmək cəhdi”, ikincisi – Ukrayna Müdafiə Qüvvələrinin şərqdə geniş mühasirəyə alınması idi:
“Mühasirə çox böyük planlaşdırılırdı, onu birbaşa Pavloqraddan kəsmək istəyirdilər, ikinci mühasirə Kramatorsk və Slavyansk ilə birlikdə planlaşdırıldı, indi isə son dərəcə kiçik bir mühasirə ilə qaldılar – əslində Severodonetsk və Lisiçansk, lakin onlar da bunu edə bilməzlər”.
O, həmçinin vurğulayıb ki, Rusiya qoşunları sərhədlərin müdafiəsi üçün hazırlaşmağa başlayır.
Ukrayna Silahlı Qüvvələrinin digər bir məlumatına əsasən, Rusiya qoşunları Xarkov şəhərindən geri çəkilir.
Gununsesi.info