
Rusiya ordusu “İsgəndər” raketləri ilə Ukrayna ordusuna məxsus raket buraxılış qurğusunu vurub.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.
“Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ballistik raketlərinin buraxılış koordinatı müəyyən edilib. Nəticədə 2 ədəd “İsgəndər” raketi ilə Ukrayna ordusunun raket buraxılış qurğusu məhv edilib”, – Konaşenkov bildirib.
Onun sözlərinə görə, martın 18-i gecə Zaporojye yaxınlığından Melitopola “Toçka-U” vasitəsilə raket zərbələri endirilib, hava hücumundan müdafiə qüvvələri hücumun qarşısını alıb.
Gununsesi.info