
“Azad edilmiş Şuşada BMT-nin bayrağı dalğalanacaq”.
Gununsesi.info bildirir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev ” Twitter” hesabındakı paylaşımında bildirib:
“Biz Azərbaycanda akkreditasiyadan keçmiş BMT ailəsi ilə Şuşanı ziyarət etmək üçün Xankəndi adı verilmiş təyyarə ilə Füzuli aeroportuna uçuruq. Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək.
BMT bayrağı azad edilmiş Şuşada dalğalandırılacaq”, – Hikmət Hacıyev qeyd edib.
Günay
Gununsesi.info