
Dünyaca tanınmış “Reuters” xəbər agentliyi Türkiyədəki siyasi seçkilərlə bağlı yazı dərc edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, analitiklər Rəcəb Tayyib Ərdoğanın ikinci turda üstünlük qazanacağını düşünürlər.
Yazıda üçüncü sırada olan namizədin “Prezident düzəldici” rolunu oynaya bildiyi vurğulanır.

Ərdoğanın rəqibləri bazar günü keçirilən ilk tur seçkilərindən sonra təxmin ediləndən daha yaxşı “oerformans” göstərmələrinə baxmayaraq, yarışda turu adlaya bilmədiyi üçün 28 mayda iknci turda Türkiyənin 20 illik iqtidarını sonlandırmaq üçün çətin bir mübarizə aparır: Mütləq çoxluq!
Seçkinin ertəsi gün türk xalqı Ərdoğanın “avtokrat idarəçiliyi haqqında hökm verə bilməsi üçün” tələb edilən 50%-lik səsin altında altında olmasına oyanıb.
Hökumət yandaşı media nəticələri alqışlayıb. “Yeni Şəfəq” qəzeti Ərdoğanın parlamentdə çoxluğu qazanıbmış kimi görünən, ona Prezidentliyi ikinci turda potensial olaraq önəmli bir üstünlüyü təmin edən Cumhur İttifaqına vurğu edərək “Xalq Qazandı” yazıısnı dərc edib.
ərdoğan AK Partiyanın paytaxt Ankaradakı Ümumi Mərkəzdə təzahürat edən tərəfdarlarına etdiyi çıxışında “Qazanan, şübhəsiz ki, ölkəmiz olmuşdur”, deyib.
Seçkilərə gedərkən, anketlərin Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğlunun arxasında olduğunu göstərən müxalifət AK Partiya başçısını vəzifəsindən endirmək üçün indiyə qədərki ən yaxşı şansının olduğunu sezmişdi.
Ancaq nəticələr Ərdoğan və onun İslamçı kökənli AK Partiyasının yaşam bahalılığı böhranına baxmayaraq mühafizəkar seçiciləri toplaya bildiyini göstərdi.
Altılı Masanın lideri Kılıçdaroğlu iknci turda qalib gələcəyinə söz verib. Kılıçdaroğlu Ərdoğanın partiyasını nəticələrin sayılmasına və açıqlamasına müdaxilə etməkdə ittiham edərək, 84 milyonluq ölkədəki dəstəkçilərini səbrli olmağa çağırıb.
Tərcümə: Arzu