Reportyor içkili “Dindar”ların kütləvi hücumuna məruz qalaraq döyülüb

  • By ilhame
  • 17 Sentyabr 2023 12:01

Reportyor-fotoqraf şadlıq sarayında “vurun, qardaşı ateitsdir” çağırışı altında kütləvi hücuma məruz qalıb.

Gununsesi.info xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Energetiklər yaşayış massivində yerləşən “Nur” şadlıq sarayının ərazisində baş verib.

Dindar bir ailənin içki verilməyən toy məclisində Kəlbəcər rayon sakini,Kanal32.az saytının əməkdaşı-reportyor-fotoqraf  Elman Nəbiyev toy sahibinin içkili dindar qohumları tərəfindən kütləvi hücuma məruz qalaraq döyülüb.İçkili və içkisiz toy iştirakçıları bu addımlarını Elman Nəbiyevin qardaşının ateist olması ilə əlaqələndiriblər.

Hadisə yerindən güc bəla ilə qaçıb qurtulmağı bacaran zərərçəkən baş verən hadisə ilə bağlı DİN-nin qaynar xəttinə müraciət edib. Bədəninin bəzi nayihələrindən xəsratlər alan Elman Nəbiyev Polis Şöbəsi rəhbərliyi tərəfindən qəbul olunub.

Qeyd edək ki,ona hücum çəkən şəxslər arasında isə əldə edilən məlumata görə avtoxuliqanlıq ,maşınla adam vurma və digər qalmaqallı işlərdə ismi dolaşan şəxslər də yer alır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info