“Real” Modriçlə bağlı qərarını verdi

“Real”ın yarımmüdafiəçisi Luka Modriç bu mövsümünün sonunda Madrid təmsilçisini tərk edəcək.

Gununsesi.info qol.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi xorvatiyalı futbolçuya yeni müqavilə təklif etməmək qərarına gəlib.

Onun “Real”la hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Modriç 2012-ci ildən “kral klubu”nda çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 18 oyuna çıxıb və 2 qol ötürməsi verib.

Gununsesi.info