İlham Əliyev: "Çörəyin qiymətinin qalxması qaçılmaz idi"

Prezident İlham Əliyev ölkə televiziyalarına müsahibəsində unun bahalaşması faktına münasibət bildirib.

Prezident deyib ki, bu qaçılmaz idi:

“Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfi idi. Ona görə ki, biz ən ucuz buğdanı Rusiyadan alırıq. Orda həm qiymətlər artmışdı, həm də ixrac rüsumları artmışdı və artmaqda davam edir. Və təbii ki, süni şəkildə çörəyin qiymətini biz əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq və eyni zamanda burada dövlət orqanlarının tənzimləyici rolunu gücləndirərək ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın. Eyni zamanda çox geniş sosial paket də həyata keçirildi. Bildiyiniz kimi minimum əmək haqqı 20 faiz, minimum pensiya 20 faiz, təqüdlər, sosial müavinətlər artdı. Bütövlükdə bunlar bizə 1.5 milyard manata başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının, elə bil ki, təzminatı kimi qiymətləndirilə bilər”.

Gununsesi.info