Çavuşoğlu Lavrovla görüşəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Nazirlər G-20 ölkələrinin XİN başçılarının İndoneziyada keçiriləcək toplantısı çərçivəsində bir araya gələcəklər. Tərəflər Ukrayna və region məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, G-20 ölkələrinin XİN başçılarının iclası bu gün baş tutacaq.

Gununsesi.info