Qüdsdə TRT xəbər komandasına hücum edildi – VİDEO

İsrail polisi Qüdsdə bölgədəki hadisələri işıqlandıran TRT Xəbər komandasına hücum edib. Hadisə zamanı İsrail polisi silahın lüləsi ilə TRT Xəbərin kamerasını sındırıb.

Gununsesi.info TRT-yə istinadən xəbər verir ki, İsrail qüvvələrinin cümə namazından əvvəl Məscidül-Əqsaya gedən fələstinlilərə qarşı maneə törətdiyini və güc tətbiq etdiyini xəbər verən TRT Xəbər komandası İsrail polisinin hücumuna məruz qalıb.

Yalnız bölgədə baş verənləri xəbər verən TRT Xəbər komandasına fiziki müdaxilə edən İsrail polisi silahının lüləsi ilə TRT Xəbərin kamerasını sındırıb.

TRT Xəbərin müxbiri bildirib ki, kamera xarab olsa da, Fələstinə davam edən hücumları göstərəcəklər.

Gununsesi.info