
Vəkil Şəhla Hümbətova 1 Saylı Bakı İstintaq Təcridxanasında saxlanılan siyasi məhbuslar Qubad İbadoğlu, Akif Qurbanov və Nərgiz Absalamova ilə görüşüb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə vəkil sosial şəbəkədə yazıb:
“Kürdəxanədan hamınıza bayram təbriki gətirmişəm. Akif bəy, Qubad bəy, Nərgiz… hamısının salamı var.
Qubad bəyin şəkəri əvvəlkindən də çox qalxıb, həkim insulinin dozasını yenə artırıb və deyib ki, bundan sonra daha edə biləcəyim bir şey yoxdur. Ən yüksək dozada insulin vurulur.
Nərgizin gözünə infeksiya düşüb, özü də soyuqlayıb. Görünür, immunitet zəifləyib. həkim dərman yazıb, sitem qoyurlar”.
Gununsesi.info