Qırmızı dənizdəki vəziyyət ABŞ-nın enerji qiymətlərinə təsir etmir - Canet Yellen

  • By ilhame
  • 05 Yanvar 2024 23:00

Ticarət gəmilərinə hücumların tez-tez baş verdiyi Qırmızı dənizdəki durum ABŞ-də enerji qiymətlərinin artmasına səbəb olmur.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen bildirib.

 

“Biz vəziyyəti çox diqqətlə izləyirik, ancaq yetərincə zəngin neft ehtiyatlarımız var və biz heç bir effekt görmürük. Enerji qiymətləri sabitdir”, – o deyib.

 

Yellenin sözlərinə görə, Qırmızı dənizdəki vəziyyət Asiya və Avropa arasında malların daşınmasına təsir edir, ancaq ABŞ-yə “əhəmiyyətli təsir” göstərmir.

Gununsesi.info