Qazini maşın vurub öldürdü

Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, 1993-cü il təvəllüdlü Mirdamət Mirkamil oğlu Kamilov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə piyada 2001-ci il təvəllüdlü Vüqar Pünhan oğlu Rüstəmovu vurub.

HTML tutorial

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, V.Rüstəmov Vətən müharibəsi qazisi olub. O, müharibədə iştirakına görə bir neçə medalla təltif edilib.

Gununsesi.info