
Yanvarın 13-də əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda itkin düşən Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ölüb.
Gununsesi.info “Pastinfo”-ya istinadən verdiyi xəbərə görə, valideynlərinə artıq hərbçinin meyitinin tapıldığı bildirilib.
Hələ ki, Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı rəsmi məlumat yaymayıb.
Gununsesi.info