
Xəbər verildiyi kimi Bakı Şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyev həbs edilib.
Korrupsiya, rüşvət ittihamları elan olunan Rasim Quliyevin kimliyi barədə yeni məlumatlar üzə çıxıb.
Gununsesi.info-nun xəbərinə görə, Rasim Quliyev hakimiyyətin əsas media orqanlarından biri olan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.
Rasim Quliyev haqqında yayılan xəbərlərdə o da qeyd olunur ki, bir zamanlar KİV-fə çalışan Quliyev son illərdə icra hakimiyyəti stukturlarına keçib.
Gununsesi.info