“Qarabağ”dan ilk qol

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyununda hesab açılıb.

Gununsesi.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 28-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir fərqlənib.

Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.

Gununsesi.info