
Rusiya Müdafiə Nazirliyi Mərkəzi Hərbi Dairəsinin mahnı və rəqs ansamblı Laçın “dəhlizi”ndəki müşahidə məntəqəsində rus sülhməramlılarının qarşısında konsertlə çıxış edib.

Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin saytında məlumat yayılıb.
Xatırladaq ki, 10 Noyabr üçtərəfli bəyanat-razılaşmaya əsasən Rusiya sülhməramlı qüvvələri Qarabağ ərazisinə daxil olublar. Onlar razılaşmanın şərtlərinin icrasına, o cümlədən, qanunsuz erməni silahlı qüvvələrinin ərazidən çıxarılmasına, eləcə də Ermənistan və Qarabağ arasındakı gediş-gəlişə nəzarət etməkdə məsuldurlar.
