
Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulacaq.
Gununsesi xəbər verir ki, son oyun günündə 2 görüş oynanılacaq.
Gəncədə keçiriləcək qarşılaşmada “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq. Günün digər matçında “Qarabağ” “Səbail”in qonağı olacaq. Bu matçın start fiti saat 19:30-da veriləcək.
3 sentyabr (bazar)
17:00. “Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev
Gəncə şəhər stadionu
19:30. “Səbail”– “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov
“ASCO Arena”