UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” və Kipr APOEL-i arasında keçiriləcək matç üçün bütün təyinatlar açıqlanıb.
Gununsesi.org-un məlumatına görə, qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Filip Qlovaya Frantişek Ferents və Yan Pozor yan xətt, Peter Zimba dördüncü hakim qismində kömək edəcək. Yunanıstanlı Mixalis Kukulakis hakim-inspektor, rusiyalı İvan Tsitoviç isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:55-də başlanacaq.
Gununsesi.org
COMMENTS