“Qalatasaray”ın Mehmet Ağar sevgisi - ADI ÇOXSAYLI KRİMİNAlDA HALLANAN KEÇMİŞ NAZİR BAKIDA NƏ GƏZİRDİ?

  • By admin
  • 28 Mart 2023 13:40

Bakıda  “Qalatasaray” futbol klubu ilə keçirilən qardaşlıq oyununda diqqətçəkən məqamlardan biri də Türkiyənin sabiq daxili işlər və ədliyyə naziri vəzifələrində çalışmış, amma adı kriminal qruplarla birgə çəkilən Mehmet Ağarın da ali qonaqlar sırasında görünməsi idi.

Qeyd edək ki, Azərbaycan prezidenti “Qalatasaray” komandasını müşaiyyət edən qardaş ölkənin təmsilçiləri ilə şəxsən görüşüb. Prezidentlə əl tutan qonaqlar arasında Mehmet Ağarın görünməsi təəccübə səbəb olub.

HTML tutorial

Belə ki, Mehmet Ağar Türkiyə hökumətində belə arzuolunmaz şəxs statusundadır.

Onun kriminal qruplaşmalarla əlaqələri və digər əməlləri barədə mühacirətdə olan Sedat Pekerin açıqlamarı rezonansa səbəb olmuşdu.

Onu da xatırladaq ki, Mehmet Ağar 1995-ci ildə məhrum prezident Heydər Əliyevə sui-qəsdin təşkilində də ittiham olunub.

Görünür, “Qalatasaray” administrasiyası Ağarın digər əməllərindən xəbərdər olsa da Heydər Əliyevlə bağlı olayı bilmir. Əks təqdirdə onu Azərbaycan prezidentinin həndəvərinə buraxmazdılar.

 

Elmar Elnuroğlu

Gununsesi.info