
İsrailin blokada altındakı Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 11 180 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Qəzzadakı Media Ofisi məlumat yayıb.
Oktyabrın 7-dən İsrailin eksklavdakı hücumlarının qurbanları arasında 4609 uşaq və 3100 qadın var.
İsrailin atəşi nəticəsində 198 tibb işçisi, 20 mülki müdafiə əməkdaşı və 49 jurnalist həlak olub.
Bundan əlavə, Qəzza zolağının 28 200 sakini yaralanıb ki, onların da 70 faizi qadın və uşaqlardır.
İtkin düşənlərin siyahısına 3250 nəfər, o cümlədən 1700-ə yaxın uşaq daxildir.
Media Ofisinin məlumatına görə, İsrailin hücumları səbəbindən Qəzza zolağında 22 xəstəxana və 49 tibb mərkəzi fəaliyyətini dayandırıb. 53 təcili yardım maşını atəşə tutulub.
Gununsesi.info