
Artıq bir həftədir ki, HƏMAS terror təşkilatının davamlı raket atəşi altında yaşayan İsrailin Qəzza zolağı ilə sərhəddə yerləşən Sderot şəhərinin əhalisinin təxliyəsi başa çatmaq üzrədir.
Gununsesi.info The Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, şəhərin 30 min sakinin əksəriyyəti şəhəri tərk edib. Şəhərin meri Alon Davidi bildirib ki, dövlət ən azı gələn həftə şəhər sakinlərinin otellərdə qalması üçün pul ödəyəcək.
“Müharibə zamanı sakinlərin şəhərdən kənarda qalmalarını asanlaşdırmaq üçün daha çox maliyyə vəsaiti əldə etmək üçün işləməyə davam edəcəyik”.
Gununsesi.info