
ABŞ-nin “CNN” xəbər kanalı Qərbin Ukrayna ordusuna 1980-ci illərdə Əfqanıstanda Sovet ordusuna qarşı döyüşən silahlı müxaliflərə verdiyi Stinger portativ hava hücumundan müdafiə raket sistemlərini verdiyini bildirib.
Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, ukraynalı hava hücumundan müdafiə əsgərləri Qərbin göndərdiyi qutuları açanda Əfqanıstanda sovet ordusuna qarşı müharibə illərinə aid “Stinger” sistemlərini görüblər.
ABŞ istehsalı olan “Stinger” hava hücumundan müdafiə sistemləri alçaq hündürlükdə olan təyyarələrə, helikopterlərə və pilotsuz uçuş aparatlarına qarşı istifadə edilir.
ABŞ 1980-ci illərdə Əfqanıstandakı silahlı müxalifətə çoxlu “Stinger” göndərib. Bu sistemlər ilk dəfə 1986-cı ilin sentyabrında Əfqanıstan müharibəsində istifadə edilib. Dünyada cəmi 700 min “Stinger” sisteminin olduğu bildirilib.
Gununsesi.info