“Qərb” Resurs Mərkəzi 5 rayonda maarifləndirici aksiya keçirdi – Fotolar

  • By ilhame
  • 03 Dekabr 2023 14:22

“Qərb” Resursa Mərkəzi İctimai Birliyi 1 dekabr QİÇS-lə mübarizə günü ilə bağlı Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa və Qazax rayonlarında maarifləndirici aksiya keçirib.

Təşkilatdan “Gününsəsi.info”ya verilən məlumata görə, əhaliyə QİCS  virusu, hepatitlər və başqa yoluxucu xəstəliklər haqqında məlumatların toplandığı bukletlər paylanılıb. Maraqlanan vətəndaşlara regionda olan müayinə mərkəzləri haqqlnda dolğun məlumatlar verilib.

Arzu edənlər İİV statusunu bilmək üçün mobil müayinə mərkəzində kart testlə analiz edilib.

Gununsesi.info