
Rusiya prezidenti Vladimir Putinin qızı olduğu ehtimal olunan Katerina Tixonova Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edib.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, o, “BRİKS məkanında investisiya mübahisələrinə baxılması: yeni arbitraj institutunun yaradılması” adlı sessiyada çıxış edib.
Katerina Tixonova Moskva Dövlət Universitetində mürəkkəb sistemlərin riyazi araşdırıması institutunun direktor müavini kimi çalışır.