Ərdoğan Türkiyənin brend adını dəyişdi

  • By ilhame
  • 04 Dekabr 2021 16:00

Türkiyənin ixrac etdiyi məhsullar üçün “Made in Turkey” yox, “Made in Türkiyə” ifadəsi işlədiləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rəsmi Qəzetdə dərc olunan fərmanında öz əksini tapıb.

Fərmanda qeyd olunur ki, hər cür fəaliyyət və yazışmalarda, xüsusən də digər dövlətlər, beynəlxalq qurum və təşkilatlarla rəsmi əlaqələrdə “Turkey”, “Turkei”, “Turquie” və buna bənzər ifadələr yerinə “Türkiyə” ifadəsinin işlədilməsinə diqqət yetiriləcək.

Gununsesi.info