Putin 1500-ə yaxın vətəndaşını həbs edib - UKRAYNA İLƏ MÜHARİBƏYƏ "YOX" DEYƏNLƏR KÜÇƏLƏRƏ AXIŞIR

  • By admin
  • 22 Sentyabr 2022 15:20

Rusiya prezidenti Vladimir Putinin Ukraynada Rusiyanın işğal etdiyi ərazilərin təhlükəsizliyini təmin etmək üçün qismən səfərbər olmasına etiraz edən mindən çox adamın Rusiya polisi tərəfindən saxlanıldığı bildirilir.

Gununsesi.info-nun xəbərinə görə, rus hüquq müdafiə təşkilatı OVD-İnfo ümumilikdə 1300 nəfərin saxlanıldığını bildirib.

Bildirilib ki, ən çox saxlanılanlar Sankt-Peterburq və Moskva şəhərlərində olub.

İrkutsk, Sibirin digər şəhərləri və Yekaterinburqda da çoxlu sayda insan saxlanılıb.

Putinin açıqlamasından sonra Rusiyadan digər ölkələrə birtərəfli uçuşların da sürətlə tükəndiyi görünür. İstanbul, İrəvan kimi istiqamətlərə təyyarə biletlərinin qiymətləri kəskin bahalaşıb.

 

Gununsesi.info