Avropa İttifaqı Putini ağır sanksiyalarla hədələdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya prezidentinin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin qeyri-hökumət nəzarəti altında olan ərazilərinin müstəqil qurumlar kimi tanınması ilə bağlı qərarını ən sərt şəkildə pisləyirlər.
Avropa İttifaqından Gununsesi.info-nun elektron poçtuna daxil olan xəbərdə deyilir:

Bu addım beynəlxalq hüququn, eləcə də Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır. Birlik bu qanunsuz əməldə əli olanlara qarşı sanksiyalarla reaksiya verəcək. Birlik Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir.

Gununsesi.info