Vladimir Zelenski Türkiyəyə işgüzar səfər edəcək

  • By admin
  • 15 Oktyabr 2020 17:13

Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 16-da Türkiyəyə işgüzar səfər edəcək.

Gununsesi.info xəbər verir ki, məlumatı Ukrayna prezidentinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, səfər zamanı V.Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Məlumata görə, danışıqlar çərçivəsində liderlər ikitərəfli əməkdaşlığa dair məsələləri müzakirə edəcək və bir sıra sənəd imzalanacaq.

 

 

Gununsesi.info